Azedu.az

Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

Tələbələr

25 Avqust 2025, 16:59
Qarabağ Universitetinə 600-dən yuxarı balla qəbul olanların sayı artıb

Dövlət İmtahan Mərkəzinin açıqladığı ilkin məlumata görə, Qarabağ Universitetinə qəbul olunanlar arasında yüksək akademik göstəricilərə malik abituriyentlərin sayı ötən illə müqayisədə artıb.

AzEdu.az xəbər verir ki, 600-dən yuxarı bal toplayan 127 nəfər gənc Qarabağ Universitetinin tələbəsi adını qazanıb.  

Bu göstərici ötən tədris ilində 101 nəfər təşkil edirdi. Eyni zamanda cari ildə Respublika fənn olimpiadalarının 5 qalibi Qarabağ Universitetinə müsabiqədənkənar qəbul olunub. Ötən il bu göstərici isə 1 nəfər idi. 

Cari ildə Qarabağ Universitetinin tələbəsi adını qazanan 205 nəfər ali təhsil müəssisələrinə qəbul imtahanında 501-600 bal, 281 nəfər isə 401-500 aralığında nəticə göstərib. Beləliklə, 500+ bal toplayan 332 abituriyent, 400+ bal toplayan 613 abituriyent Qarabağ Universitetinin tələbəsi adını qazanıb.

Universitet üzrə ən yüksək qəbul göstəricisi 683,9 balla “Tibb” ixtisasına qəbul olunan tələbəyə məxsusdur. 

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında fəaliyyətə başlamış  Qarabağ Universitetində tələbə qəbulu üzrə başlıca məqsəd ayrı-ayrı ixtisaslarda orta qəbul balını artırmaqla universitetə yüksək keyfyyətli tələbə kontingentini cəlb etməkdir. 


Xatırladaq ki, Qarabağ Universitetində tələbə qəbulu yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

ABŞ hərəkətə keçdi - Raketləri Rusiyanı BOMBALAYACAQ
Son xəbərlərDaha çox