Azedu.az

Alimlər günəş sistemini ulduzlara bağlayan “kosmik tunel” aşkar edib

Xəbərlər

25 Avqust 2025, 09:21
Alimlər günəş sistemini ulduzlara bağlayan “kosmik tunel” aşkar edib

 

Almaniyalı alimlər Günəş sistemi ilə uzaq ulduzları birləşdirən maraqlı kosmik quruluş aşkar ediblər. Araşdırmaya əsasən, bu nəhəng “interstellar tunellər” kainatda maddə və enerjinin hərəkət trayektoriyasını izah etməyə kömək edə bilər.

AzEdu.az “The Express” qəzetinə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, tunellər Günəş sisteminin maqnit sahəsi ilə qalaktikada müşahidə olunan böyük miqyaslı strukturlar arasında əlaqə yaradır. Bu isə, kosmosda maddələrin necə paylandığını və hərəkət etdiyini anlamaqda yeni imkanlar açır.

Alimlər hesab edirlər ki, sözügedən kəşf həm də kainatın quruluşu ilə bağlı indiyədək cavabsız qalan bir sıra suallara işıq sala bilər.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox