Azedu.az

İki qardaş və əmiləri Pirsaat çayında batıb

Xəbərlər

24 Avqust 2025, 21:40
İki qardaş və əmiləri Pirsaat çayında batıb

Qobustan rayonunun Poladlı kəndində 3 nəfər çayda boğulub. 

AzEdu.az xəbər verir ki, rayonun Ərəbqədim kənd sakinləri – 1992-ci il təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010-cu il təvəllüd Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlı pirə ziyarətə gediblər. 

Eyyub Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar. 

Faktla bağlı araşdırma aparılır.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox