Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi 2025/2026-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini elan edib.
AzEdu.az Azərbaycan Universitetlərinə istinadən xəbər verir ki, Azərbaycan təhsil tarixində yeni rekord qeydə alınıb. Bu il ADA Universitetinin Kompüter Elmləri ixtisasının keçid balı 692-yə yüksələrək bütün universitetlər arasında ən yüksək nəticə olub.