Azedu.az

Hindistanda tələbələr təhsil islahatlarına etiraz etdi

Xəbərlər

22 Avqust 2025, 16:00
Hindistanda tələbələr təhsil islahatlarına etiraz etdi

Hindistanın Banqalor şəhərində tələbə təşkilatları hökumətin təhsil sektorunda həyata keçirdiyi islahatlara qarşı etiraz aksiyası keçirib.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata əsasən,etirazçılar bildiriblər ki, dövlət məktəblərinin özəlləşdirilməsi, onların birləşdirilməsi və bir sıra islahat addımları dövlət təhsilinin gələcəyini təhlükə altına alır. Tələbələr hesab edirlər ki, bu proses kasıb təbəqədən olan uşaqların təhsil imkanlarını məhdudlaşdıracaq.

Onların sözlərinə görə, hökumətin dövlət məktəblərini zəiflətmək əvəzinə, mövcud infrastrukturun yaxşılaşdırılması, müəllimlərin sayının artırılması və keyfiyyətli təhsil üçün əlavə resursların ayrılması vacibdir.

Tələbə təşkilatları həmçinin hökumətdən bu siyasətə yenidən baxmağı və bütün təbəqələrin bərabər təhsil hüququnu təmin etməyi tələb ediblər.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox