Azedu.az

Avstraliyada gənclər arasında telefon asılılığı artır

Xəbərlər

21 Avqust 2025, 15:12
Avstraliyada gənclər arasında telefon asılılığı artır

 Avstraliyada yeniyetmələr arasında smartfon və sosial şəbəkə asılılığı ciddi narahatlıq doğurur.

AzEdu.az “The Australian” qəzetinə istinadən xəbər verir ki, 10-14 yaşlı qızlarda özünə zərər halları üç dəfə artıb. Yeniyetmələrin təxminən üçdə biri depressiya və ya narahatlıq problemi ilə üz-üzə qalır.

Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrdən həddindən artıq istifadə, davamlı onlayn qalmaq və yuxu rejiminin pozulması uşaqların psixoloji sağlamlığına birbaşa təsir göstərir.

Məktəblərdə tətbiq olunan telefon qadağalarının isə vəziyyətin qismən yaxşılaşmasına səbəb olduğu vurğulanır.

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox