Azedu.az

Qısamüddətli yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Xəbərlər

20 Avqust 2025, 10:00
Qısamüddətli yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Azərbaycan ərazisində avqustun 20-si saat 09:00-a olan faktiki hava açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib. Lakin səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində (Sumqayıtda 1 mm-dək) qısamüddətli az yağış yağıb.

Şərq küləyi əsib, küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 29, aran rayonlarında 37, Naxçıvan MR-də 38 dərəcəyədək isti qeydə alınıb.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox