Azedu.az

Sosial mediada istismar: Uşaqlar izlənmə xatirinə “kontent vasitəsi” olmamalıdır

Xəbərlər

20 Avqust 2025, 09:54
Sosial mediada istismar: Uşaqlar izlənmə xatirinə “kontent vasitəsi” olmamalıdır

Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqların iştirakı ilə çəkilmiş və cəmiyyətin haqlı narahatlığına səbəb olan bəzi videoların paylaşılması ciddi ictimai rezonans doğurub. Ötən günlərdə bununla bağlı  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müraciət yayıb.

Azyaşlıların iştirakı ilə belə videoların çəkilməsi və paylaşılması etik baxımdan nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən sabiq deputat, Əməkdar müəllim Sona Əliyeva qeyd edib ki, bu məsələ sadəcə sosial media davranışı deyil, eyni zamanda uşaqların hüquqlarına, mənəvi toxunulmazlığına və psixoloji inkişafına təsir göstərən bir problemdir:

166288

"Azyaşlıların valideynləri və ya himayədarları tərəfindən bu şəkildə  “kontent vasitəsi” kimi təqdim olunması etik baxımdan qəbuledilməzdir.

Belə videolar uşaqların şəxsi toxunulmazlığını pozur və onların gələcəkdə sosial mühitdə qəbul edilməsinə, həmçinin özlərinə münasibətinə mənfi təsir göstərə edir. Bu hal uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq konvensiyaların da tələblərinə uyğun deyil".

Valideynlər uşaqların ən böyük müdafiəçisi olmalıdır

"Onların məsuliyyəti yalnız maddi təminatla məhdudlaşmır, həm də uşaqların psixoloji  və fiziki tamlığını, ictimai nüfuzunu və gələcək potensialını qorumağı da əhatə edir. Əgər valideyn övladını sosial mediada izlənmə və reytinq naminə alətə çevirirsə, bu həm məsuliyyətsiz yanaşmadır, həm də uşağın gələcəyinə zərbədir. Uşağın sosial media “obyektinə” çevrilməsi uzunmüddətli sosial fəsadlar doğura bilər. Belə videolar uşaqların dost mühitində qəbul olunmasına mane olmasınaa, məktəbdə lağ mövzusu olmaasına, eləəcə də onların özünəinamını zədələməsinə gətirib çıxara bilər.  

Sosial şəbəkələrdə populyarlıq naminə uşaqların istismarına yol vermək birmənalı olaraq yolverilməzdir. Bu, yalnız valideynlərin deyil, həm də cəmiyyətin və dövlət qurumlarının üzərinə məsuliyyət qoyur. Valideynlər övladlarını “məzmun vasitəsi” kimi deyil, şəxsiyyət kimi dəyərləndirməli, cəmiyyət isə bu məsələdə daha həssas mövqe sərgiləməlidir. Yeri gələndə bu kimi məsələlər ictimai qısaq mövzusu da olmalıdır.

Çünki, hələ formalaşamamış bir şəxsiyyəti istiqamətləndirmək onun həyat seçimlərinə müdaxilə və həyatını yönləndirmək, seçimlərinə qarışmaqdır. Bəlkə də istəmədiyi bir həyata sürükləməkdir. Ümid edirəm ki, aidiyyatı qurumlar uşaq hüquqlarına əsaslanaraq bu kimi məsələlərə müdaxilə edəcəklər. Uşaqların gələcəyini qorumaq bizim  hər birimizin mənəvi borcudur".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox