Azedu.az

İxtisas seçimində yanlışlıq edənlərin DİQQƏTİNƏ - Dəyişdirə bilməyəcəksiz

Xəbərlər

19 Avqust 2025, 09:59
İxtisas seçimində yanlışlıq edənlərin DİQQƏTİNƏ - Dəyişdirə bilməyəcəksiz

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində ixtisas seçimi davam edir və bu gün son gündür. Abituriyentlər 23:59-da ixtisas seçimini yekunlaşdırmalıdırlar.

AzEdu.az-a verilən məlumata görə, ixtisas seçimi zamanı yanlışlıq edən abituriyentlərə ərizələrini ləğv edib yenidən seçim etmə imkanı verilirdi.

Lakin Dövlət İmtahan Mərkəzi bildirib ki, ərizə qəbulunun son günü bu imkan aktiv olmur. Mərkəz abituriyentlərə tövsiyə edir ki, vaxtında seçimlərini dəqiqləşdirərək ərizəni təsdiqləsinlər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox