Azedu.az

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

Xəbərlər

19 Avqust 2025, 08:31
Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

Hindistanda üç yaşlı qız möcüzə nəticəsində bəbirin hücumundan sağ çıxa bilib.

AzEdu.az xəbər verir ki, bu barədə "New Indian Express" nəşri məlumat yayıb.

Hadisə Andhra-Pradeş ştatının Çinnarutla qəbilə kəndində gecə saatlarında baş verib. Kiçik Anyamma daxmanın yanında çöldə yatarkən yırtıcı ona yaxınlaşıb, tutaraq kolların içinə sürükləyib. Lakin yuxudan oyanan uşağın atası baş verənləri görüb. O, qışqıraraq bəbiri qovub və bu zaman heyvan qorxaraq ovunu yerə atıb. Beləcə ata qızının həyatını xilas edə bilib.

Valideynlər dərhal kömək çağırıblar. Qızcığaz əvvəlcə Sundipentadakı dövlət xəstəxanasına aparılıb, daha sonra müalicəsinin davamı üçün Dornalaya köçürülüb. Həkimlərin sözlərinə görə, uşağın vəziyyəti stabildir.

Bununla yanaşı, kənd sakinləri meşə idarəsinin fəaliyyətsizliyindən narazılıq ediblər. Onlar etiraz olaraq yolu bağlayıblar.

Yerli hakimiyyət orqanları isə bölgədə vəhşi heyvanların insanlara hücumlarının artdığını etiraf edərək, təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyinə söz veriblər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox