Azedu.az

Kanada əcnəbi tələbələr üçün iş saatlarını artırır

Xəbərlər

Tələbələr

18 Avqust 2025, 16:56
Kanada əcnəbi tələbələr üçün iş saatlarını artırır

Kanada hökuməti beynəlxalq tələbələrin dəstəklənməsi məqsədilə yeni qərar qəbul edib. Əvvəllər xaricdən gələn tələbələrə yalnız tədris dövründə həftədə maksimum 20 saat işləməyə icazə verilirdisə, artıq bu hədd 30 saata qaldırılıb. Yeni qayda həm tələbələrin təhsil xərclərini qarşılamaqda çətinlik çəkməməsi, həm də ölkənin işçi qüvvəsinə daha çox inteqrasiya etməsi üçün nəzərdə tutulub.

AzEdu.az-ın xarici mənbədən aldığı məlumata görə, rəsmi açıqlamada bildirilib ki, tələbələrin iş saatlarının artırılması Kanadada artan əmək qüvvəsi çatışmazlığını müəyyən dərəcədə aradan qaldıracaq. Bununla yanaşı, tələbələrə həm təcrübə toplamaq, həm də yerli bazarı yaxından tanımaq imkanı veriləcək.

Ekspertlərin fikrincə, bu qərar Kanadanı xaricdə təhsil üçün daha da cəlbedici ölkəyə çevirəcək. Çünki tələbələr yalnız təhsil almaqla kifayətlənməyəcək, eyni zamanda əlavə gəlir əldə edərək gündəlik xərclərini asanlıqla qarşılaya biləcəklər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox