Azedu.az

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə sənəd qəbulu başlayıb

Bağçalar

18 Avqust 2025, 16:11
Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə sənəd qəbulu başlayıb

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

AzEdu.az xəbər verir ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi sentyabrın 1-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Putin əmr verdi - Azərbaycana hücum edin!
Son xəbərlərDaha çox