Azedu.az

18 yaşı tamam olmayan analar - Rəsmi STATİSTİKA

Xəbərlər

18 Avqust 2025, 12:36
18 yaşı tamam olmayan analar - Rəsmi STATİSTİKA

Azərbaycanda bir il ərzində 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.

AzEdu.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü ildə 1279  uşağı hələ 18 yaşı tamam olmayan analar dünayaya gətirib. Onlardan 401-i şəhər yerində, 878-i isə kənd yerində doğulub.

Əvvəlki illərlə müqayisədə 18 yaşı tamam olmayan anaların dünyaya gətirdiyi uşaqların sayı azalıb.

Belə ki, 2023-cü ildə belə uşaqların sayı 1742, 2022-ci ildə isə 2011 olub.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox