Azedu.az

Bir yaşa qədər körpələrdə ən çox rastlanan xəstəliklər bəlli olub

Xəbərlər

18 Avqust 2025, 11:59
Bir yaşa qədər körpələrdə ən çox rastlanan xəstəliklər bəlli olub

Ötən il bir yaşa qədər körpələr ən çox tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkib.

Dövlət Statistika Komitəsindən AzEdu.az-a verilən məlumata görə, bu göstərici hər min nəfər körpəyə 289,7-dur.

Bundan başqa, sinir sisteminin və hissiyyat orqanlarının xəstəlikləri, yoluxucu və parazitar xəstəliklərə də yoluxma sayı yüksəkdir. Belə ki, sinir sisteminin və hissiyyat orqanlarının xəstəliklərinə hər min nəfər körpədən 94,6-sı, yoluxucu və parazitar xəstəliklərə isə 65,9-u yoluxub.

Məlumata əsasən, 2024-cü ildə bir yaşı olan körpələr arasında da ən çox tənəffüs orqanlarının (hər min nəfərə 30,8), sinir sisteminin və hissiyyat orqanlarının (hər min nəfərə 10,1) xəstəliklərinə rast gəlinib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox