Azedu.az

Uşaq düşərgəsində kütləvi zəhərlənmə baş verib

Xəbərlər

18 Avqust 2025, 11:37
Uşaq düşərgəsində kütləvi zəhərlənmə baş verib

Rusiyanın Başqırdıstan Respublikasında uşaq düşərgəsində kütləvi zəhərlənmə qeydə alınıb.

AzEdu.az "Mash" Teleqram kanalına istinadən xəbər verir ki, hadisə respublikanın Sterlibaşevski rayonunda baş verib. Ümumilikdə 25 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 22-si uşaqdır. Qısa müddət sonra zərərçəkənlərin doqquzu evə buraxılıb, digərləri hələ də həkim nəzarətindədir.

Zəhərlənmənin səbəbi ilə bağlı məlumat verilməyib. Hadisə prokurorluq tərəfindən araşdırılır.

Bundan əvvəl Çelyabinsk vilayətində yerləşən digər bir uşaq düşərgəsində də kütləvi zəhərlənmə hadisəsi baş vermişdi. Özünü pis hiss edən 22 uşaq həkimlərə müraciət etmiş, onlardan biri xəstəxanaya yerləşdirilmişdi.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox