Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında Alyaskadakı Ankoric şəhərində görüş baş tutub.
AzEdu.az son günlər bu görüşlə dünyanın siyasət gündəmində olan iki liderin təhsilini sizlərə təqdim edir.
Donald Tramp
Donald Tramp 14 iyun 1946-cı ildə Nyu-Yorkun Kuins bölgəsində dünyaya gəlib. Uşaqlıqda Forest-Hilsdə Kyu-Forest məktəbində oxuyub. Lakin 13 yaşında intizam çətinlikləri səbəbindən valideynləri onu Nyu-York Hərbi Akademiyasına göndəriblər. Burada Tramp həm dərslərdə, həm də idmanda fəal olub. 1962-1963-cü illərdə futbol, 1962-1964-cü illərdə isə beysbol komandalarında çıxış edib və kapitanlıq edib. Məşqçi Ted Dobias tərəfindən xüsusi mükafata layiq görülüb. 1964-cü ildə akademiyanı bitirdikdən sonra əvvəlcə Fordem Universitetinə daxil olub. İki ildən sonra Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinə keçib və 1968-ci ildə iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. Təhsilini başa vurduqdan sonra atasının daşınmaz əmlak şirkətində karyerasına başlayıb.
Vadimir Putin
Rusiya prezidenti Vladimir Putin isə 7 oktyabr 1952-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) doğulub. Məktəb illərində dərslərə ilk vaxtlar ciddi yanaşmasa da, sonradan səylərini artıraraq təqaüd qazana bilib. Ən çox sevdiyi fənlər tarix və Alman dili olub. Bu marağı gələcəkdə onun karyerasında mühüm rol oynayıb. Putinin məqsədi hüquq sahəsində oxumaq idi və 1975-ci ildə Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Onun bacarıqları Sovet Təhlükəsizlik Xidmətinin (KQB) diqqətini çəkib. 1985-ci ildə Almaniyaya göndərilərək agent kimi fəaliyyət göstərib. Sonradan vətənə dönərək universitetdə rektor köməkçisi vəzifəsində çalışıb.