Azedu.az

Erməni uşaqlarına ən çox qoyulan oğlan və qız ADLARI

Xəbərlər

16 Avqust 2025, 11:13
Erməni uşaqlarına ən çox qoyulan oğlan və qız ADLARI

Ermənistanda 2025-ci ilin birinci yarısında yeni doğulan uşaqlara ən çox verilən adlar Nare və Davit olub.

AzEdu.az xəbər verir ki, Ermənistan Respublikasının Statistika Komitəsi yeni doğulan körpələrə ən çox verilən adlar haqqında məlumatları təqdim edib.

Bu ilin ilk 6 ayında Ermənistanda 7003 qız, 7606 oğlan doğulub.

Yeni doğulan qızlara ən çox verilən adlar Nare (258), Luse (237), Arpi (234), Mariya (229), Angelina (163), Eva (154), Mane (144), Emili (128), Mariam (126) olub.

Yeni oğulan 7606 oğlandan 491-nə valideynləri David, 331-nə Narek, 282-nə Hayk, 265-nə Robert, 255-nə Maykl, 231-nə Mark, 216-ya Monte, 214-nə Areq, 210-na Tiqran, 20-nə Leo adı verib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox