Potensial təhlükəli asteroid "2025 PM" avqustun 17-də Yerin yaxınlığından keçəcək.
AzEdu.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının məlumatında bildirilir.
Alimlərin hesablamalarına görə, asteroid Yerdən, təqribən, bir Ay orbiti diametri məsafədən keçəcək. Bundan əvvəl NASA-nın Reaktiv Sürət Laboratoriyasından qeyd etmişdilər ki, göy cisminin diametri 50 metrdir və ölçülərinə görə təyyarə ilə müqayisə oluna bilər. NASA-dan, həmçinin bildirilib ki, asteroid Yerə təxminən bir milyon km məsafədə yaxınlaşacaq.
Qeyd olunur ki, asteroid planetə qeyri-adi şəkildə yaxınlaşdığı üçün təhlükəli status alıb. Bu kateqoriyaya Ay orbitinin 10 diametrindən daha az məsafədə Yerə yaxınlaşan göy cisimləri daxildir.
Bu asteroiddən daha böyük bir cismin bu il sentyabrın sonunda Yerə yaxınlaşacağı gözlənilir.