Azedu.az

Bu qidalarla övladlarınıza zərər verirsiniz - SİYAHI

Xəbərlər

15 Avqust 2025, 11:57
Bu qidalarla övladlarınıza zərər verirsiniz - SİYAHI

Uşaqların sağlam qidalanması onların fiziki və psixoloji inkişafı üçün həyati əhəmiyyət kəsb edir.

AzEdu.az xəbər verir ki, son illərdə valideynlərin diqqətsizliyi və marketinqin təsiri ilə uşaqlar arasında yüksək şəkər, duz və süni qatqılarla zəngin şirin və işlənmiş qəlyanaltılara tələbat artıb.

Ekspertlər xəbərdarlıq edir ki, bu tip məhsullar uşaqların sağlamlığına ciddi zərər verə bilər.

Uşaqlar üçün ən zərərli qidalar arasında şirin qazlı içkilər və enerji içkiləri, fast food məhsulları, şirniyyat və konfetlər, keks, peçenye və şokolad çubuqları, cips və duzlu qəlyanaltılar, süni dadlandırıcı və rənglərlə zəngin qazlı içkilər, həmçinin dondurma və kremli desertlər yer alır. Bu qidaların yüksək şəkər, duz, doymuş yağ və süni qatqı tərkibi uşaqlarda diş çürüməsinə, piylənməyə, həzm və ürək-damar problemlərinə, hiperaktivlik və diqqət çatışmazlığına, həmçinin allergik reaksiyalara səbəb ola bilər.

Mütəxəssislər bildirirlər ki, uşaqlar yalnız nadir hallarda bu cür məhsullar qəbul etməli, əsas qida rasionu isə təbii, vitaminlərlə zəngin qidalarla təmin edilməlidir. Valideynlər uşaqlara su içməyi öyrətməli, sağlam qəlyanaltılar, meyvə və tərəvəz seçimlərini təşviq etməlidirlər.

Sağlam qidalanma vərdişlərini erkən yaşda formalaşdırmaq uşaqların gələcək həyatına birbaşa təsir göstərir və onların sağlam böyüməsi üçün əsas amildir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox