Avstraliya hökuməti uşaqlarla işləyənlərə dair yoxlamalarda mövcud olan hüquqi boşluqları aradan qaldırmaq üçün yeni sistem tətbiq edir.
Yenilənmiş qaydalara əsasən, əgər bir şəxs hər hansı bir əyalətdə uşaqlarla işləmək hüququndan məhrum edilərsə, bu məhdudiyyət avtomatik olaraq ölkənin bütün digər əyalət və ərazilərində də qüvvədə olacaq.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, hazırkı sistemdə bu cür qərarlar yalnız verildiyi əyalət daxilində keçərli idi. Bu isə təhlükəsizlik risklərinin yaranmasına səbəb olurdu. Yeni yanaşma ilə bu boşluğun aradan qaldırılması və uşaqların daha etibarlı mühitdə qorunması hədəflənir.
İslahatların 2025-ci ilin sonunadək tam şəkildə tətbiq olunacağı bildirilir.