Azedu.az

Hindistanda şagirdlər üçün beynəlxalq iqlim təhsili kursu başlayır

Xəbərlər

15 Avqust 2025, 15:47
Hindistanda şagirdlər üçün beynəlxalq iqlim təhsili kursu başlayır

Hindistanın Maharaştra ştatında dövlət məktəbləri yeni tədris ilində beynəlxalq səviyyəli iqlim təhsili proqramına start verir. Artıq 8–10-cu sinif şagirdləri üçün "Climate Quest" adlı pulsuz onlayn kurs təşkil olunacaq. Bu kurs Cambridge Universiteti tərəfindən təsis olunan Cambridge Zero platforması tərəfindən hazırlanıb və proqramı uğurla tamamlayan şagirdlər Cambridge Universitetinin rəsmi sertifikatı ilə təltif olunacaqlar.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, "Climate Quest" kursu şagirdlərə iqlim dəyişikliyinin səbəbləri, təsirləri və dayanıqlı gələcək üçün atıla biləcək praktik addımlar barədə müasir, elmi biliklər təqdim etməyi hədəfləyir.

Məqsəd gənc nəslin ətraf mühit məsələlərinə daha erkən yaşlardan maraq göstərməsi və bu sahədə maarifli şəkildə iştirak etməsidir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox