Son tədqiqatlar göstərir ki, pişiklərdə insanlarda olduğu kimi demensiya, o cümlədən Alzheimer xəstəliyinə bənzər beyin dəyişiklikləri müşahidə olunur.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, Böyük Britaniyanın Edinburq Universitetinin alimləri tərəfindən aparılan araşdırmada pişiklərin beyin toxumasında insanlarda Alzheimerə səbəb olan zülal yığılması aşkar edilib.
Bu, ev heyvanlarının sağlamlıq problemlərinin öyrənilməsi ilə yanaşı, insan sağlamlığına dair əhəmiyyətli məlumatlar da verə bilər.
Mütəxəssislər qeyd edir ki, pişiklərin demensiyası tədqiqatçıların yeni təbii model kimi istifadə edə biləcəyi önəmli bir vasitədir. Bu da Alzheimer və digər neyrodegenerativ xəstəliklərə qarşı daha effektiv müalicə üsullarının hazırlanmasına kömək edəcək.
Araşdırma nəticələri beynəlxalq elmi jurnallarda dərc olunub və heyvan sağlamlığı ilə yanaşı, insan nevrologiyası sahəsində də böyük maraq doğurub.