Azedu.az

Dövlət Dəniz və Liman Agentliyində imtahanların keçirilmə qaydaları yenilənib

Xəbərlər

12 Avqust 2025, 11:02
Dövlət Dəniz və Liman Agentliyində imtahanların keçirilmə qaydaları yenilənib

Dövlət Dəniz və Liman Agentliyində imtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi ilə bağlı tətbiq olunan yeniliklər davam edir.

AzEdu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Yeni qaydalara əsasən, cari ilin 1 sentyabr tarixindən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin ilk dəfə əldə edilməsi və ya yenilənməsi zamanı yekun bilik qiymətləndirilməsi üzrə imtahanlar həftənin çərşənbə və cümə günləri Agentliyin inzibati binasında keçiriləcək.

Bununla bağlı “Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi və biliklərin yekun qiymətləndirilməsi üzrə imtahanların təşkil olunma qaydaları” üzrə Təlimat Agentliyin 05 avqust 2025-ci il tarixli, 3-27-106/3-2-257/2025 nömrəli Əmri ilə təsdiqlənib və rəsmi veb-saytında yerləşdirilib: (//ddla.gov.az/inst/instruction-4.html)

Təlim-tədris mərkəzlərinə təlim günlərinin planlaşdırılması zamanı imtahan günləri ilə üst-üstə düşməməsinə xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox