Azedu.az

1 şagirdli məktəblər rasionallaşdırılıb - RƏSMİ

Xəbərlər

11 Avqust 2025, 13:15
1 şagirdli məktəblər rasionallaşdırılıb - RƏSMİ

2023-cü ildə Elm və Təhsil Nazirliyindən bildirilmişdi ki, hazırda Azərbaycanda sadəcə 1 şagirdin təhsil aldığı 7 məktəb fəaliyyət göstərir.

Bu məktəblərdən 1-i Ağsu rayonunda, 2-si İsmayıllıda, 2-si Lerikdə və 2-si Qubada yerləşir.

Bu məktəblərin hazırda da fəaliyyət göstərib-göstərməməsi ilə bağlı AzEdu.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb. 

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, vətəndaşların yaşayış yerlərini dəyişmələri, şəhər və rayon mərkəzlərinə axın etmələri ilə əlaqədar bəzi yaşayış məntəqələrində məktəblərin şagird sayının azalması səbəbindən təbii şəkildə fəaliyyətini dayandırması və ya şagird sıxlığı nəticəsində yeni təhsil müəssisələrinin açılması zərurəti yaranır.

Həmçinin qeyd olunub ki, müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir.

"Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də, daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır. Rasionallaşdırılmaya (tipi dəyişdirilən, fəaliyyəti dayandırılan) təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılıb, bu müəssisələrdə təhsil alan şagirdlərin təhsil almaq hüququ və tədrisin fasiləsizliyi həmin və ya digər məktəbdə təmin edilib.

Ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, qeyd etdiyiniz təhsil müəssisələrinin də rasionallaşdırılması həyata keçirilib".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox