Azedu.az

II ixtisas qrupunda plan yerlərinin böyük hissəsi dövlət hesabına ayrılıb

Xəbərlər

Dövlət İmtahan Mərkəzi (DİM)

11 Avqust 2025, 11:15
II ixtisas qrupunda plan yerlərinin böyük hissəsi dövlət hesabına ayrılıb

II ixtisas qrupunda müsabiqə vəziyyətini hər hansı ali məktəbdə yer tutmaqla deyil, məhz dövlət sifarişli yerlərə qəbul baxımından dəyərləndiririk.

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.

"Müsabiqəyə buraxılan 7367 abituriyentin yalnız 4145 nəfəri dövlət sifarişi əsasında təhsil almaq imkanı əldə edəcək. Müsabiqə vəziyyətini hər hansı ali məktəbdə yer tutmaqla deyil, məhz dövlət sifarişli yerlərə qəbul baxımından dəyərləndiririk. II ixtisas qrupunda ümumilikdə 14 mindən çox plan yeri var. Bu da o deməkdir ki, əsas müsabiqə dövlət sifarişli yerlər üzrə aparılacaq.

Qeyd edək ki, II ixtisas qrupunda 150 balla qəbul olunan ixtisaslar da mövcuddur. Həmin ixtisaslar üzrə bu il plan yeri sayı 5725-dir".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox