ABŞ-də süni intellektin işə qəbul proseslərində artan tətbiqi kompüter elmləri üzrə yeni məzunların karyera imkanlarına mənfi təsir göstərir. Yerli media yazır ki, bir çox şirkətlər giriş səviyyəli proqramçı və mühəndis vəzifələrini ixtisar edərək, həmin işləri AI əsaslı texnologiyalar vasitəsilə həyata keçirməyə başlayıb.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu tendensiya gənc mütəxəssislərin ilk iş təcrübəsini qazanmasını çətinləşdirir və əmək bazarında rəqabəti daha da gücləndirir. Eyni zamanda, bəzi işəgötürənlər təcrübəsi olmayan məzunlar əvəzinə həm təcrübəli kadrları, həm ,də süni intellekt sistemlərini üstün tutur.
Ekspertlər bildirirlər ki, vəziyyət belə davam edərsə, kompüter elmləri üzrə ixtisaslaşmış gənclərin böyük bir hissəsi peşəkar fəaliyyətə başlamaq üçün əlavə təlimlərə və alternativ iş yollarına yönəlmək məcburiyyətində qalacaq.