Azedu.az

Subbakalavrların imtahansız qəbul oluna bilməyəcəyi ixtisaslar AÇIQLANIB

Xəbərlər

9 Avqust 2025, 17:51
Subbakalavrların imtahansız qəbul oluna bilməyəcəyi ixtisaslar AÇIQLANIB

2025/2026-cı tədris ili üçün subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbul imkanları müəyyən şərtlərlə tənzimlənir. Bəzi universitetlər və ixtisaslar üzrə bu qayda tətbiq edilmir.

AzEdu.az-ın məlumatına görə qəbul qaydalarına əsasən, subbakalavrlar qəbul imtahanlarında iştirak etmədən bəzi ixtisaslara müsabiqə yolu ilə qəbul oluna bilirlər. Lakin xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslara bu qayda şamil edilmir.

Belə ki, ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin, Qarabağ Universitetinin və Türkiyə–Azərbaycan Universitetinin ixtisaslarına subbakalavrların imtahansız qəbulu həyata keçirilmir.

 

Ukraynadan DAĞIDICI ƏMƏLİYYAT - Rusiya əraziləri bombalanır
Son xəbərlərDaha çox