Azedu.az

Çində məktəbəqədər təhsil xərcləri azaldılır

Xəbərlər

9 Avqust 2025, 16:26
Çində məktəbəqədər təhsil xərcləri azaldılır

Çin hökuməti ölkədə azalan doğum səviyyəsi və ailə yükünü azaltmaq məqsədilə məktəbəqədər təhsil xərclərini aşağı salmaq üçün yeni qərar qəbul edib.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, dövlət Şurasının açıqlamasına əsasən, növbəti dərs ilindən etibarən ictimai bağçalarda son il üçün təhsil tamamilə ödənişsiz olacaq. Eyni zamanda seçilmiş özəl bağçalarda da ödənişlərə hökumət dəstəyi ilə endirimlər tətbiq ediləcək.

Rəsmilər bu addımın əsas məqsədinin övlad götürməni təşviq etmək, eyni zamanda valideynlərin maliyyə yükünü azaltmaq olduğunu bildirir. Mütəxəssislər isə bunu ailələrin sosial rifahına yönəlmiş strateji və vaxtında atılmış addım kimi qiymətləndirirlər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox