Hindistanda kənd ərazilərində erkən yaşda təhsilin inkişaf etdirilməsi məqsədilə “Early Foundations, Bright Futures” adlı yeni təşəbbüs irəli sürülüb. Tədbirdə uşaqlar üçün neytral və təhlükəsiz mühitdə təhsil imkanlarının artırılmasının vacibliyi vurğulanıb.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, layihə çərçivəsində anganwadi mərkəzlərində (uşaqlar üçün sosial və təhsil dəstəyi verən dövlət müəssisələri) müasir erkən təhsil modellərinin tətbiqi nəzərdə tutulur. Məqsəd – ucqar və aztəminatlı bölgələrdə yaşayan uşaqlara keyfiyyətli təhsil imkanı yaratmaqdır.
Tədbir Integrated Child Development Services (ICDS), Sesame Workshop India Trust və Marico Limited təşkilatlarının birgə əməkdaşlığı ilə həyata keçirilib.