Azedu.az

DİM bu vəzifə üzrə vakansiya elan edib

Xəbərlər

9 Avqust 2025, 14:38
DİM bu vəzifə üzrə vakansiya elan edib

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının  işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunda böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.

Qulluq funksiyaları:

  • Magistratura, dövlət qulluğu və digər işə qəbul imtahanları üçün informatika  üzrə yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasına ekspertlərin cəlb edilməsi, yoxlama-ölçmə materiallarının ekspertizasının, mövcud olan test tapşırığı banklarının mütəmadi olaraq təftişinin təşkil edilməsi;
  • İnformatika üzrə yoxlama-ölçmə materiallarının işlənib-hazırlanmasında, ekspertizasında,  mövcud olan test tapşırığı banklarının mütəmadi olaraq təftişində iştirak edilməsi;
  • Ümumi metodiki göstərişlərin işlənib hazırlanması;
  • Səlahiyyətləri daxilində şöbəyə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
  • Qapalı rejimli mühitdə (bunker şəraitində) fiziki iştirak tələb edən tapşırıqların dəqiq icrasının təmin edilməsi.
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.).

Tələblər:

  • Təhsil: Ali təhsil (informatika müəllimliyi, riyaziyyat və informatika müəllimliyi, kompüter elmləri, informasiya texnologiyaları və İKT üzrə digər ixtisaslar);
  • İş stajı: Vəzifənin qulluq funksiyalarına uyğun ən az 3 il iş stajı;
  • Kompüter bilikləri: "MS Windows", "MS Office" proqramları, "Internet" və "Outlook" ilə işləmək bacarığı;
  • Xarici dil bilikləri: Rus dili – B1; İngilis dili - arzuolunandır;
  • Müvafiq fənn üzrə qəbul proqramı ilə yaxından tanış olmalı;
  • Müvafiq fənn üzrə ali təhsil müəssisələrində istifadə edilən dərsliklərlə yaxından tanış olmalı;
  • Test metodologiyası barədə ümumi məlumata malik olmalı;

Müraciət qaydası:

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektoru – böyük məsləhətçi” qeyd etməklə 30 avqust 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox