Azedu.az

“Liderlik və idarəetmənin əsasları”mövzusunda təlim təşkil olunub

Xəbərlər

9 Avqust 2025, 14:20
“Liderlik və idarəetmənin əsasları”mövzusunda təlim təşkil olunub

Təlimdə Energetika Nazirliyinin əməkdaşları iştirak ediblər

AzEdu.az xəbər verir ki, 8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyinin əməkdaşları üçün “Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib.

Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi, liderlik üslubları haqqında məlumatlar verilib. Bundan əlavə, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. məsələlər barədə müzakirələr edilib.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox