Azedu.az

9 illik təhsil əsasında kolleclərə qəbul nəticələri “Abituriyent” jurnalında dərc olunubrn

Xəbərlər

9 Avqust 2025, 11:07
9 illik təhsil əsasında kolleclərə qəbul nəticələri “Abituriyent” jurnalında dərc olunubrn

Dövlət İmtahan Mərkəzi Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrini “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr edib.   

AzEdu.az xəbər verir ki, jurnalının bu nömrəsində ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.   

Jurnalının elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.  
Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox