Hindistanın Karnataka ştatında hökumət yeni Dövlət Təhsil Siyasəti (SEP) çərçivəsində genişmiqyaslı islahatlara start verib. Siyasətə əsasən, ibtidai siniflərdə ana dili və Kannada dilində tədris prioritet sayılacaq, eyni zamanda ikidilli sistem – ingilis və yerli dil – tətbiq olunacaq.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, yeni modeldə təhsilin strukturu da dəyişdirilir: əvvəlki “10+2” sisteminin yerinə “2+8+4” modeli təklif edilir. Bu model 2 il məktəbəqədər, 8 il ibtidai və orta, 4 il isə ali məktəb mərhələsini əhatə edəcək.
Rəsmilərin sözlərinə görə, siyasətin məqsədi lokal dəyərlərin qorunması, təhsildə bərabərliyin artırılması və dövlət məktəblərinin gücləndirilməsidir. Eyni zamanda müəllim hazırlığına xüsusi diqqət ayrılacaq.