Bu gün ən çox seçilən ixtisaslardan biri də təhsildə sosial-psixoji xidmətdir. Ölkədəki məktəblərin sayını və mövcud tələbatı nəzərə aldıqda təhsildə sosial-psixoji xidmət ixtisasına hər il çoxlu sayda plan yeri ayrılması nəticə etibarilə əmək bazarında doymuşluğa səbəb olur.
Əmək bazarında psixoloq bolluğu yaşandığı bir vaxtda, bu ixtisas üzrə plan yerlərinin azaldılması vacibdir?
Mövzu ilə bağlı AzEdu.az -a elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev danışıb.
O qeyd edib ki, son zamanlarda təhsildə sosial-psixoloji xidmətlərə artan marağı nəzərə alaraq, bu sahədə plan yerlərinin azaldılmasına ehtiyac yoxdur.
"Təhsildə sosial-psixoloji xidmətlər tam dolmuş vəziyyətdə deyil. Özəl mərkəzlərdə sözügedən ixtisaslı insanlara böyük ehtiyac var. Çünki həmin sahələrdə çalışan insanlar mütləq şəkildə şagirdlərə mənəvi-psixoloji dəstək verməklə yanaşı, eyni zamanda təhsilin düzgün yön almasına xidmət göstərə bilər.
Böyük məktəblərdə 2, balaca məktəblərdə 1 təhsildə sosial-psixoloq olmaqla yanaşı, bu say daha çox olmalıdır. Çünki onlar məktəbdə baş verən hadisələrin qarşısını daha əvvəl almağa və bu kimi hadisələrin olmaması üçün mütləq şəkildə sözügedən psixoloqların sayının çox olmasına ehtiyac var".
Məktəblərdə bu kimi xidmətlər üçün əlavə yerlərin ayrılmasına ehtiyac var
"Son zamanlarda təhsildə sosial-psixoloji xidmətlərə artan marağı nəzərə alaraq, bu sahədə plan yerlərinin azaldılmasına ehtiyac yoxdur. Əksinə, məktəblərdə bu kimi xidmətlər üçün əlavə yerlərin ayrılmasına ehtiyac var. Çünki bütün cəmiyyətimizin, eyni zamanda gələcək təhsilimizin səhiyyə, hüquq-mühafizə orqanları və s. sahələrdə çalışan şəxslərin hər biri məktəblərdən çıxır. Burada şagirdlər şəxsiyyət kimi yetişib çıxsalar, cəmiyyətimizdə həm cinayət tərkibli hadisələr kifayət qədər azalmış olar".