Azedu.az

Çin məktəblərində zorakılıq halları artmaqda davam edir

Xəbərlər

8 Avqust 2025, 12:52
Çin məktəblərində zorakılıq halları artmaqda davam edir

Çində məktəblilərin bir-birinə qarşı zorakı davranışları ilə bağlı insidentlərin sayı son zamanlar artıb. Yerli media və hüquq-mühafizə orqanlarının məlumatlarına əsasən, ölkədə məktəbdaxili zorakılıq hadisələri, xüsusilə şagirdlər arasında fiziki və psixoloji təzyiqlər ciddi narahatlıq doğurur.

AzEdu.az-ı xarici KİV-dən əldə etdiyi məlumata əsasən, Çin rəsmiləri bu problemin qarşısını almaq üçün yeni tədbirlər planı hazırladıqlarını bildiriblər. Hökumət məktəblərdə intizam qaydalarının gücləndirilməsi, müəllim nəzarətinin artırılması və zorakılıqla bağlı maarifləndirici proqramların həyata keçirilməsi istiqamətində addımlar atır.

Ekspertlərin fikrincə, sosial media və rəqəmsal texnologiyaların təsiri, ailədaxili problemlər və təhsil sistemindəki psixoloji dəstək çatışmazlığı bu cür halların artmasına səbəb olan əsas amillərdəndir. Hazırda bir sıra məktəblərdə psixoloqların iştirakı ilə monitorinqlər aparılır və şagirdlər üçün təhlükəsiz mühitin təmin edilməsi məqsədilə profilaktik tədbirlər planlaşdırılır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox