Ölkə ərazisində avqustun 8-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Daşkəsən, Qusar, Qrız (Quba) və Şahdağda 1-8 mm-dək olub.
Avqustun 7-də saat 16:38-16:46-da Şahdağa diametri 4 mm olan dolu düşüb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.