"xAI" şirkəti bu ilin sonuna kimi süni intellektin yeni "Grok-5" modelini istifadəyə verməyi planlaşdırır. İlon Mask qeyd edib ki, "Grok-5" bu ilin sonuna qədər təqdim ediləcək və o inanılmaz dərəcədə gözəl olacaq.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, texnobloger Fərid Pərdəşünas GPT-5 barədə danışarkən modelin əvvəlkilərdən əsas fərqlərinə toxunub.
Onun sözlərinə görə, GPT-3 orta məktəb şagirdi kimi davranırdı, GPT- 4 universitet məzunu tələbə səviyyəsində cavab verirdi, GPT-5 isə bir PHD – doktorant kimi təsəvvür edilə bilər. Artıq hər birimizin cibində bir ekspert, hüquqşünas, həkim, müəllim, proqramçı, reklamçı, bloqqer və s".
Fərid Pərdəşünas əlavə edib ki, yeni modeldə uydurmaların minimuma endirilməsi, daha təkmil kod yazma, yüksək analiz qabiliyyəti, eləcə də cavab sürəti və emal imkanları əsas üstünlüklər sırasındadır.