Bakı Avrasiya Universiteti 2025-ci tədris ili üçün III ixtisas qrupu üzrə bakalavr pilləsinə qəbul olunacaq ixtisaslar və onların plan yerlərini açıqlanıb.
AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, universitetdə tədris aparılacaq ixtisaslar və müvafiq keçid balları müəyyənləşdirilib.
Belə ki, “Beynəlxalq münasibətlər” ixtisası üzrə 60 plan yeri ayrılıb və bu ixtisasa qəbul üçün keçid balı 235.6 olaraq müəyyən edilib. Həmin ixtisasın ingilis dilində tədris olunan variantı üzrə də 60 yer nəzərdə tutulub, keçid balı isə 200-dür.
Filologiya ixtisasının Azərbaycan dili və ədəbiyyatı üzrə tədris olunan variantında 100 yer mövcuddur və keçid balı 283 (2024-cü ildə 274.9 olub). İngilis dili və ədəbiyyatı üzrə filologiya üzrə də 100 yer ayrılıb, keçid balı isə 234-dür. Türk dili və ədəbiyyatı üzrə isə 30 yer nəzərdə tutulub.
Regionşünaslıq ixtisası üzrə ABŞ və Kanada, Avropa ölkələri, eləcə də Yaxın və Orta Şərq ölkələri üzrə ümumilikdə 110 yer ayrılıb və bu istiqamətlər üzrə keçid balı eyni olaraq 185.1-dir.
Tərcümə ixtisası üzrə isə ingilis dili üzrə 130 yer, alman dili üzrə 30 yer, fransız dili üzrə 25 yer, fars dili üzrə isə 25 yer müəyyən olunub. Bu ixtisasların hər biri üzrə keçid balı 200-dür. Sosial iş ixtisası üzrə isə 85 yer ayrılıb və keçid balı 244.2 olaraq göstərilib.