Azedu.az

İnsan 7-də nədirsə 70-də də odur - PSİXOLOQ

Xəbərlər

7 Avqust 2025, 16:01
İnsan 7-də nədirsə 70-də də odur - PSİXOLOQ

“İnsan 7-də nədirsə, 77-də də odur” - bu deyimi yəqin çoxumuz eşitmişik.

Görəsən, bu deyim yalnız təsadüfi müşahidələrə əsaslanır, yoxsa insanın xarakteri doğrudan da uşaqlıqdan müəyyənləşir və dəyişmədən qalır?

AzEdu.az-a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, bunun cavabını öz-özümüzlə bir terapiya əsasında anlaya bilərik: "Orta məktəb dövrümüzü və sinif yoldaşlarımızla münasibətlərimizi xatırlayaq.

Sinif yoldaşlarınızın o zaman hər  hansı kiçik situsiayada verdikləri reaksiya illər sonrakı görüşdə təkrarlanacaq. Hər kəs artıq yetkin yaşdadır, amma baxırsan ki, məktəbdə necə idilərsə, indi də elədirlər. Dəyişməyiblər. Heç bir xüsusiyyət onları dəyişdirməyib".

165680

Ümumiyyətlə, bir insanın xarakterini müəyyənləşdirən 18 əsas xüsusiyyət var

"Zamanla bəzi xüsusiyyətlər dəyişə bilər. İnsan cəmiyyətə adaptasiya olmaq, işində qalıcı olmaq və məqsədə çatmaq üçün özünü bir qədər dəyişir. Bəzən insan deyir: “Mən artıq əvvəlki insan deyiləm”.

Bu sözləri desə də, hər kəs daxilində nəyi sevdiyini, nə ilə qıcıqlandığını, nə ilə motivasiya olduğunu yaxşı bilir. İnsan öz-özündə bunları xatırladıqda anlayır ki, uşaqlıqda da eyni xüsusiyyətlərə malik olub.

Bu hallarda tez-tez müqayisələr aparılır. İnsan bəzən uşaqlıqdan eqolu olur, bu xüsusiyyət böyüyəndə də qalır. Ona görə də deyirlər ki, “7 nədirsə, 77 də odur” bu deyim tez-tez öz təsdiqini tapır. Və biz də bununla razılaşırıq".

Müəllimlər uşaqların xasiyyətləri barədə uzaqgörəndirlər

"Unutmamalıyıq ki, 7 yaş uşağın formalaşmasında valideynin və müəllimin təsiri böyükdür. Müəllimin bir uşaq haqqında dediyi söz bəzən illər sonra öz təsdiqini tapır. Bəzən isə müəllim sadəcə öz baxış bucağına uyğun fikir bildirir. Axı hər kəs bir insana öz baxış bucağından yanaşır. 

Biz öz məktəb illərimizi xatırlayanda görürük ki, müəllimlərin bizim haqqımızda dediyi bəzi sözlər bu gün doğrudan da təsdiqini tapıb. Xüsusiyyətlər baxımından, mən birinci sinifdə necə idimsə, indi də eyniyəm".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox