Azedu.az

Google ABŞ universitetlərinə 3 illik dövrdə 1 milyard dollar yatırır

Xəbərlər

7 Avqust 2025, 13:53
Google ABŞ universitetlərinə 3 illik dövrdə 1 milyard dollar yatırır

Google şirkəti ABŞ universitetlərində süni intellekt (AI) təhsilinin və bu sahədə tədqiqatların inkişafını dəstəkləmək məqsədilə 1 milyard dollar vəsait ayıracaq. Layihə üç il müddətində mərhələli şəkildə həyata keçiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Proqram çərçivəsində artıq 100-dən çox ali təhsil müəssisəsi bu təşəbbüsə qoşulub. Universitetlərə süni intellekt alətləri, bulud əsaslı texnologiyalar və bu sahədə tədrisi gücləndirəcək digər resurslar təqdim ediləcək.

Google-un rəhbərliyi bildirir ki, məqsəd AI üzrə bacarıqların daha geniş tələbə kütləsinə ötürülməsi, xüsusən də texnologiyaya çıxışı məhdud olan icmalarda təhsil imkanlarının artırılmasıdır.

Təşəbbüs həmçinin professor-müəllim heyəti üçün təlimlərin təşkili, AI texnologiyalarının elmi tədqiqatlara inteqrasiyası və tədris proqramlarının yenilənməsi istiqamətində dəstək tədbirlərini əhatə edir.

Şirkət bu addımı ilə həm də süni intellekt sahəsində rəqabətədavamlı və inklüziv ixtisaslı kadr potensialının formalaşdırılmasını hədəfləyir.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox