Dövlət qulluğuna qəbul üçün yeni ilin ilk imtahanları bu tarixlərdə keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə imtahan yanvarın 26-da, B növü üzrə test imtahanı isə fevralın 17-də keçiriləcək.
Qeyd edək ki, dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir və növbəti aylarda keçiriləcək imtahan tarixləri haqqında məlumat veriləcəkdir.