Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzEdu.az regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını təqdim edəcək.
Yüksək bal toplayanların siyahısı üçün Mərkəzi Aran Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Y.Muradov adına 11 nömrəli tam orta məktəbinin məzunu Hüseynli Arif Pərviz oğlu 692 bal toplayaraq ən yüksək nəticəni əldə edib.
Ağdaş, Ucar və Mingəçevir rayonları üzrə yüksək bal toplayan abituriyentlər aşağıdakılardır:
Ucar rayon Müsüslü kənd tam ümumtəhsil məktəbinin məzunu Babaşlı Aysel Əlsaab qızı - 691.3 bal;
Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumitəhsil məktəbinin məzunu Həmzəyev İbrahim Vüqar 689 bal;
Mingəçevir şəhəri təbiət , riyaziyyat və humanitar fənlər təmayüllü liseyinin məzunu Murad Həsənov - 681 bal;
Ağdaş şəhəri Nizami adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Baxış Əli Anar oğlu 681 bal.