Azedu.az

Gürcüstanda bağçada uşaqlara qarşı zorakılıq iddiası: Bağça işçisi saxlanılıb

Xəbərlər

Bağçalar

6 Avqust 2025, 15:23
Gürcüstanda bağçada uşaqlara qarşı zorakılıq iddiası: Bağça işçisi saxlanılıb

Gürcüstanın Kvemo Kartli bölgəsinin Evri kəndində yerləşən məktəbəqədər təhsil müəssisəsində ciddi insident baş verib.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumatına görə, bağçanın işçilərindən biri – dayə vəzifəsində çalışan qadın azyaşlı uşaqlara qarşı fiziki zorakılıq tətbiq edib.

İddialara əsasən, həmin şəxs uşaqları bir-birinə qarşı zorakılığa sövq edib və onların bir-birilə münaqişəyə girməsinə səbəb olub. Valideynlərin şikayəti əsasında məsələ hüquq-mühafizə orqanlarına çatdırılıb.

Hazırda dayə saxlanılıb və faktla bağlı araşdırmalara başlanılıb. Gürcüstanın uşaq hüquqları üzrə müdafiə təşkilatları insidentin dərindən araşdırılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edirlər.

Sabiq deputat ŞOK ADLAR çəkdi - Mehdiyevin dəstəsində kimlər var?
Son xəbərlərDaha çox