Birləşmiş Ərəb Əmirlikləri bu il təhsildə yüksək nəticə göstərmiş 270 orta məktəb şagirdini yay təcrübə proqramı çərçivəsində xarici ölkələrə göndərir.
AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, iyul və avqust aylarında həyata keçirilən bu təşəbbüs sayəsində şagirdlər Singapur, Çin, Yaponiya, Cənubi Koreya, Rusiya və Malayziyada elmi və mədəni sahələr üzrə praktiki bilik və təcrübə qazanmaq imkanı əldə edirlər.
Proqramın məqsədi istedadlı gənclərin qlobal bilik və bacarıqlarını artırmaq, onların beynəlxalq təhsil və texnologiya mühitinə inteqrasiyasını dəstəkləməkdir.