Azedu.az

Məktəb ödənişlərinə nəzarət artırılır

Xəbərlər

4 Avqust 2025, 16:27
Məktəb ödənişlərinə nəzarət artırılır

Hindistanın Delhi ştatında valideynləri yüksək təhsil xərclərindən qorumaq məqsədilə məktəb ödənişlərinin tənzimlənməsinə dair yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Delhi Məclisində təqdim olunan “Məktəb Ödənişlərinin Təyinat və Tənzimlənməsində Şəffaflıq” adlı qanun layihəsi, xüsusi və özəl məktəblərin qiymət siyasətində şəffaflığı təmin etməyi hədəfləyir.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə,  təklif olunan qanun, məktəblərin haqq artımına dair əsaslandırma təqdim etməsini, məxfi rüsumların qadağan olunmasını və valideynlərin daha aydın maliyyə hesabatı almasını nəzərdə tutur.

Rəsmilər bildirir ki, bu addım həm də kommersiyalaşan təhsil sektoruna nəzarətin gücləndirilməsi üçün atılır.

 

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox