Azedu.az

ABŞ-də Rutgers Universitetinə qarşı irqçi təqaüd siyasəti ittihamı

Xəbərlər

4 Avqust 2025, 15:57
ABŞ-də Rutgers Universitetinə qarşı irqçi təqaüd siyasəti ittihamı

ABŞ-da Rutgers Universiteti irqçilik ittihamları ilə gündəmdədir. Hüquq müdafiə təşkilatı olan Equal Protection Project tərəfindən ABŞ Təhsil Departamentinə edilən şikayətdə universitetin bəzi təqaüd proqramlarında “ağ dərili tələbələrin ayrı-seçkiliyə məruz qaldığı” iddia olunur.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə,  Qurumun iddia edir ki,  bu təqaüdlər Title VI (Mülki Hüquqlar Aktı) və ABŞ Konstitusiyasının 14-cü düzəlişi ilə ziddiyyət təşkil edir. Rutgers Universiteti isə məsələyə reaksiya verərək bəzi mübahisəli proqramların artıq dayandırıldığını açıqlayıb.

Mütəxəssislər hesab edirlər ki, bu məsələ yalnız Rutgers Universiteti ilə məhdudlaşmaya bilər və ABŞ-da universitetlərdə irqi bərabərlik mövzusu daha ciddi şəkildə gündəmə gələcək.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox