Azedu.az

Koronavirus uşaqlarda necə təzahür edir?

Xəbərlər

4 Avqust 2025, 14:50
Koronavirus uşaqlarda necə təzahür edir?

COVID-19 pandemiyası dövründə uşaqların virusa qarşı necə reaksiya verdiyi, onların yoluxma hallarında simptomların necə təzahür etdiyi geniş müzakirə mövzusu olub.

Xüsusilə də uşaqların xəstəliyi simptomsuz keçirməsi və bununla yanaşı virusu ətrafa yayma ehtimalı valideynlər və tibb ictimaiyyəti üçün mühüm narahatlıq doğurur.

Pediatr Şəlalə Poluxova uşaqlarda COVID-19 infeksiyasının gedişi və mümkün təhlükələri barədə fikirlərini AzEdu.az-la bölüşüb.

165484

Bildirib ki, digər respirator virus infeksiyaları kimi uşaqlardakı COVİD gedişatı böyüklərlə müqayisədə müəyyən fərqliliklər göstərə bilər: "Bu tip infeksiyalar uşaqlarda adətən daha yüngül klinik gedişata malik olur nəinki böyüklərdə. Hətta deyərdim ki, uşaqlarda bəzən biz bunun simptomsuz, asimptomatik formalarına rast gəlirik ki, heç bir simptom özünü göstərmir və ya yüngül əlamətlərlə 2-3 günə sağalıb gedir".

Simptomsuz uşaq da virus daşıyıcısı ola bilər

"Əslində, uşaqlarda asimptomatik formalar olduğu üçün bu uşaqlar virusu asanlıqla daşıyaraq, daşıyıcı kimi ətrafdakılara yaya bilirlər. Buna görə də bu amil bir daha xatırladır ki, uşaqlarda xüsusən qabaqlayıcı tədbirlərə, gigiyenik tədbirlərə əməl olunmalıdır. Mən bir daha bunun nə qədər vacib olduğunu vurğulamaq istərdim.

İstisna hallarda COVID kimi virusların ağırlaşmaları ola bilər. Adətən yanaşı xəstəlikləri olan, immun sistemi zəif uşaqlarda ağırlaşma riski arta bilər. Və COVID‑in spesifik, çox nadir halda rast gəlinən bir ağırlaşması var - Multisistem İltihabi Sindrom (MIS‑C), bu ciddi kliniki hallar yarada bilər.

Çox‑çox nadir hallarda olur, amma bu da bizi daim diqqətdə olmağa, profilaktik tədbirlərə riayət etməyə çağırır və hər zaman həkim məsləhəti olmadan dərmana başlamamağın vacibliyini xatırladır.

Bu viruslar uşaqlar üçün daha təhlükəlidirmi? 

Cavab budur: respirator virus infeksiyaları, o cümlədən COVID, uşaqlarda daha təhlükəli infeksiya demək deyil. Risk dərəcəsi yalnız uşağın yaşından, ümumi sağlamlıq vəziyyətindən və immun sistem statusundan asılı olaraq dəyişir".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox