Azedu.az

Təkcə ixtisas yox, universitet də gələcəyinizə təsir edir

Xəbərlər

4 Avqust 2025, 13:40
Təkcə ixtisas yox, universitet də gələcəyinizə təsir edir

Məlumdur ki, abituriyentlər üçün ixtisas seçiminə sayılı günlər qalıb. Bu dönəmdə əsasən ixtisas seçimindən danışılır. Lakin universitet seçimi də bir o qədər əhəmiyyətlidir. Çünki təhsil alınacaq universitetin xüsusiyyətləri abituriyentin gələcək karyerasına və şəxsiyyət kimi formalaşmasına ciddi təsir göstərir. 

Universitet seçərkən abituriyent üçün ən vacib meyar nə olmalıdır?  

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Vüsal Kərimli danışıb. 

O qeyd edib ki, ən vacib olan yalnız ixtisas seçimi deyil, universitet seçimidir

"Mən düşünürəm ki, tələbələr ilk növbədə seçəcəkləri universitetlərin akreditasiyasının olub-olmamasına, təhsil alacaqları proqramların hansı beynəlxalq akkreditasiyalardan keçdiyinə, həmin proqramların beynəlxalq aləmdə tanınmasına dəstək verib-vermədiyinə, eləcə də universitetlərin beynəlxalq reytinqlərdə iştirakı, beynəlmiləlləşməsi və ikili diplom proqramlarının mövcudluğu kimi amillərə ciddi diqqət yetirməlidirlər. Bunlar gələcək karyera üçün son dərəcə önəmlidir.

Universitetin ümumi nüfuzu, eləcə də məzunlarının iş tapma faizi abituriyentlərin asanlıqla araşdıra biləcəyi vacib göstəricilər sırasındadır

Bundan sonra isə tədris binalarının yerləşməsi, universitetin yataqxanasının olub-olmaması kimi məsələlərə fikir verilməlidir. Bu kimi detallar bəzən xırda görünsə də, çox önəmli nüanslardır. Qeyd etmək lazımdır ki, universitet seçimi zamanı müəllim heyətinin tərkibi, onların elmi-pedaqoji səviyyəsi və təcrübəsi də nəzərə alınmalıdır". 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox