Ali təhsil müəssisələrinə qəbul imtahanlarının hər iki cəhdi yekunlaşıb.
AzEdu.az regionlar üzrə ümumi nəticəsi 680 baldan yuxarı olan abituriyentlərin siyahısını və fotolarını təqdim edəcək.
Yüksək bal toplayanların siyahısı üçün Şərqi Zəngəzur Regional Təhsil İdarəsinə müraciət etdik.
İdarədən bildirilib ki, Kəlbəcər rayon 76 nömrəli tam orta məktəbinin məzunu Əzizli Səma Zöhrab qızı 682 bal toplayaraq ən yüksək nəticəni əldə edib.
Kəlbəcər və Laçın rayonları üzrə yüksək bal toplayan abituriyentlər aşağıdakılardır:
Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbinin məzunu Rəhimov Rauf Behnamoviç - 681 bal;
Kəlbəcər rayon 12 nömrəli tam orta məktəbinin məzunu Muradlı Nuray Balay qızı- 680 bal;
Laçın rayon Çıraqlı kənd tam orta ümumtəhsil məktəbinin məzunu Şirinova Güllü - 680 bal.