Azedu.az

Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?

Təhsil ekspertləri

4 Avqust 2025, 11:26
Sertifikasiya imtahanını keçən müəllimləri növbəti mərhələdə nə gözləyir?

Sertifikasiya imtahanının test mərhələsini uğurla başa vuran müəllimlər hazırda müsahibə mərhələsinə doğru irəliləyir. Bu mərhələ onların pedaqoji və metodik bacarıqlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Müsahibənin mahiyyəti, çətinlik dərəcəsi barədə isə fərqli fikirlər səslənir.

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev AzEdu.az-a fikirlərini bölüşüb: 

“İxtisas imtahanını müsbət nəticələndirənlərin əksəriyyəti müsahibə mərhələsini də uğurla keçəcək”.

Müsahibə mərhələsi nəyi əhatə edir?

“Sertifikasiyadan müsahibə mərhələsində iştirak edəcək müəllimlərə ilk növbədə uğurlar arzulayıram. Hesab edirəm ki, əgər həmin müəllimlər artıq sertifikasiya imtahanından müsbət nəticə əldə edərək növbəti mərhələsinə keçiblərsə, onlar artıq öz ixtisaslarının dahiləri hesab olunurlar. Ümid edirəm ki, müsahibə mərhələsini də uğurla tamamlayacaqlar.

Müsahibə mərhələsi o qədər də çətin olmur. Bu mərhələ əsasən ixtisas bilikləri və təlim metodikası istiqamətində, frontal sorğu-sual əsasında aparılır.

Ümid edirəm ki, qarşıdakı 5 ildə ümumi təhsil məktəblərimizdə və bağçalarımızda keyfiyyətli müəllimlər dərs keçəcək. Öz ixtisasının mütəxəssisi olan müəllimlərimizin tədris aparacağına inanıram.
Hər birinə uğurlar və böyük nailiyyətlər arzulayıram”.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox